Ölkə başçısının 2024-cü il 28 sentyabr tarixli Fərmanının icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən istifadəyə verilən “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti vasitəsilə daxil olan müraciətlərə baxılmasına başlanılıb.
Torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatları ƏDV-yə cəlb edilməyəcək
FED.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Dövlət Xidmətinin məlumatına görə, daxil olmuş müraciətlər üzrə sənədlərin tamlığı və qaydalara uyğunluğu təhlil olunur, mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə elektron sistem vasitəsilə müraciət edən torpaq mülkiyyətçilərinə, vətəndaşlara izahlar verilir və metodiki köməkliklər göstərilir.
Təhlil zamanı ilkin mərhələdə daxil olan müraciətlərin sırasında yaşayış məntəqələri sahəsinə aid olmayan torpaqlarda, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikilmiş fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyası ilə bağlı müraciətlərin üstünlük təşkil etdiyi məlum olub. Bu cür müraciətlərlə bağlı bildiririk ki, əvvəlki dövrlərdə salınmış və həmin yaşayış massivlərinin yerləşdiyi ərazi üzrə fəaliyyət göstərən rayon (şəhər) icra hakimiyyətləri və bələdiyyələr tərəfindən mövcud vəziyyətin qanunvericiliklə müəyyən edilmiş ərazi planlaşdırma və şəhərsalma-tikinti qaydalarına uyğunluğu dəqiqləşdirilməlidir. Belə müraciətlər fərdi qaydada deyil, rayon (şəhər) icra hakimiyyətləri və bələdiyyələr tərəfindən yaşayış massivi üzrə edilməlidir.
Qeyd edək ki, elektron müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddətdə baxılması və cavablandırılması üçün subyektlər qanunla müəyyən edilmiş elektron imzalara malik olmalı, tələb olunan sənədlərin tamlığını və dürüstlüyünü təmin etməlidirlər.