Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu gün 1075-ci pul hərracı baş tutub.
Bu rayonlarda bələdiyyə torpaqları - HƏRRACA ÇIXARILIR, SİYAHI
FED.az xəbər verir ki, hərracda “Zaqatala Fındıq” ASC-nin səhmləri satılıb.
Qeyd edək ki, “Zaqatala Fındıq” ASC Zaqatala şəhəri, Azərbaycan prospekti, 37 ünvanında yerləşir və 838 868,8 manatlıq nizamnamə kapitalına malikdir. Şirkətin buraxılmış səhmlərinin ümumi sayı 419 434 ədəd təşkil edir.
Hərraca çıxarılan səhmlər isə nizamnamə kapitalının 30,04%-ni əhatə edib. Bu səhmlərin nominal dəyəri 251 984 manat olub. Hər bir səhmin nominal qiyməti isə 2 manatmüəyyən edilib. Hərracda 125 992 ədəd səhmin satışı reallaşıb.
Səhmlərin ilkin və yekun satış qiyməti hər ikisi 125 992 manat səviyyəsində olub.