İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Sumqayıt Tekstil” MMC-dəki dövlət payının satışı ilə bağlı elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.
Naxçıvanda ilk dəfə faydalı qazıntı yataqları üzrə hərrac keçirilib - FOTO
FED.az xəbər verir ki, müsabiqənin qalibi “Sumqayıt Texnologiyalar Parkı” MMC-dir.
Şirkət onunla imzalanmış alqı-satqı müqaviləsinə əsasən, dövlət büdcəsinə 5 milyon manat köçürməyə, yaxın 2 il ərzində müəssisəyə 9,1 milyon manat investisiya qoymağa dair öhdəliklər götürüb. İnvestisiya Proqramı çərçivəsində müasir avadanlıqların, nəqliyyat vasitələri və texnikanın, xammalın alınması, tikililərin təmiri və yenidən qurulması, infrastrukturun təkmilləşdirilməsi, 350 yeni iş yerinin yaradılmasını planlaşdırır.