Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 28-də təşkil olunacaq hərraca əmlaklar çıxarılacaq.
FED.az xəbər verir ki, hərraca müsadirə olunmuş əmlak çıxarılacaq. Hərrac saat 11:00-da baş tutacaq.
Hərraca çıxarılacaq əmlak Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən qeyri-yaşayış binasıdır. Əmlakın sahəsi 18972,2 kv.m təşkil edir.
Hərracda start qiyməti 18 527 250 manat müəyyən edilib.