Sənədsiz qeyri-yaşayış obyektlərinin sənədləşməsinə başlanıb.
Azərbaycanda sənədsiz evlərlə bağlı yeni qayda əmlak bazarına - NECƏ TƏSİR EDƏCƏK?
FED.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı fərmana uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən sənəd qəbulu aparılır.
Proses Nazirliyin istər paytaxt, istərsə də bölgələrdəki layihə instutlarında və regional mərkəzlərində həyata keçirilir.
Artıq nazirliyin müvafiq qurumlarına 5600-dən çox müraciət daxil olub.
Müraciət üçün sənədlər tam yoxlanıldıqdan və müvafiq portala daxil edildikdən sonra məlumatlar digər aidiyyatı qurumlara yönləndirilir. Daha sonra müvafiq araşdırmalara başlanılır.
Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 866 obyektə imtina cavabı verilib. Həmin obyektlərin aqibəti bütün yoxlamalar başa çatdıqdan sonra bəlli olacaq. (Xezerxeber.az)