İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
FED.az İqtisadiyyat Nazirliyinə Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac 9 dekabr tarixində baş tutub.
Hərracda Qaradağ rayonunun “Çənlibel” və “Karvansaray” mişar daşı yataqlarının müvafiq olaraq 7 və 8 hektar sahəsi Məmmədov Məmməd Qənimət oğlunun, Əliyev Əli Nəci oğlunun, "BEHBUD 2021" MMC-nin və "TƏRLAN 2021" MMC-nin, Hacıqabul rayonunda yerləşən “Atbulaq-1” sement xammalı yatağının 5 hektar sahəsi "AZTİMONT" ASC-nin, Şəmkir rayonunun “Şəmkir qranodiorit” yatağının 5,1 hektar sahəsi isə "AZTİKİNTİYOL" MMC-nin istifadəsinə verilib.
İstismar müddəti 25 ilə qədərdir.
Qeyd edək ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 14, 24 dekabr və 17 yanvar tarixlərində keçiriləcək.
Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.