Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 13 iyun 2025-ci il tarixində saat 11:00-da xüsusi müsadirə olunmuş bir sıra əmlakların təkrar hərracı keçiriləcək.
BOKT-a məxsus qeyri-yaşayış binası - HƏRRACDA SATILIR
FED.az xəbər verir ki, hərracda təqdim olunan əmlaklar Bakı da daxil olmaqla Gədəbəy, Goranboy və Xızı rayonlarını əhatə edir. Əmlakların ümumi siyahısına 2 ədəd mobil telefon, 1 qeyri-yaşayış sahəsi, 4 torpaq sahəsi, 1 bağ evi və 1 fərdi yaşayış evi daxildir. Hər bir əmlak üçün 10% həcmində beh məbləği müəyyən edilib. Qeyd edək ki, bu əmlaklar 5 dəfədən çox satışa çıxarıldığı üçün 50 faiz endirim tətbiq olunub.
Ən baha qiymətə hərraca çıxarılan əmlak Xızı rayonundakı fərdi yaşayış evidir. M.Müşfiq küçəsində yerləşən bu evin sahəsi 200 kvadratmetrdir və start qiyməti 80,000 manat təşkil edir. Beh məbləği isə 8,000 manatdır.
Ən ucuz əmlak isə Samsung Galaxy A3 model mobil telefondur. Hərraca 2 ədəd təqdim olunub və hər birinin start qiyməti 120 manat, behi isə 12 manatdır.
Behin köçürülməsi üçün hesab nömrəsi:
Hesab nömrəsi:
"Azər-Türk Bank" ASC, Kod 507699, VÖEN 9900006111,
Müxbir hesab: AZ02NABZ01350100000000022944, SWİFT AZRTAZ22
Vəsaiti alan: Hərracların Təşkili Mərkəzi PHŞ
İBAN nömrəsi: AZ74AZRT38090019440265368001 VÖEN 1505677031
13 iyun 2025-cü il tarixində saat 11:00-da hərraca çıxarılacaq xüsusi müsadirə edilmiş əmlakların siyahısı:
Sıra sayı |
Əmlakın adı |
Əmlakın yerləşdiyi ünvan |
Ölçü vahidi |
Miqdarı |
Əmlakın start qiyməti (manatla) |
10% beh (manatla) |
Qeyd |
Xətai rayonu |
|||||||
1 |
Samsung Galaxy A3 markalı, SM A320F modelli mobil telefon |
Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yeri |
ədəd |
2 |
120 |
12 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
Gədəbəy rayonu |
|||||||
1 |
Qeyri-yaşayış sahəsi |
Gədəbəy rayonu, Gədəbəy şəhəri S.Vurğun küçəsi, “Köhnə bazar” |
kvm |
70 |
10000 |
1000 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
Goranboy rayonu |
|||||||
1 |
Torpaq sahəsi |
Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi |
ha |
0.1 |
11000 |
1100 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
2 |
Torpaq sahəsi |
Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi |
ha |
0.03 |
3750 |
375 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
3 |
Torpaq sahəsi |
Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi |
ha |
0.07 |
8050 |
805 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
4 |
Torpaq sahəsi |
Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi |
ha |
0.08 |
8000 |
800 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
Xızı rayonu |
|||||||
1 |
Bağ evi |
Xızı rayonu, Qızılqazma kəndi |
kvm |
150 |
75000 |
7500 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
2 |
Fərdi yaşayış evi |
Xızı rayonu, M.Müşviq küçəsi 10 |
kvm |
200 |
80000 |
8000 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |