İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda Ağstafa rayonundakı "Qərb Tekstil" MMC və 18 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu BOKT-un əmlakları - HƏRRACA ÇIXARILIR - QİYMƏTLƏR
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərraca çıxarılan əmlaklara 78 sifariş qəbul edilib ki, bunlardan 16-sı elektron qaydada qeydə alınıb. "Qərb Tekstil" hərracda 1 710 500 manata (təxminən 1 milyon ABŞ dolları) özəlləşdirilib. Müəssisənin ümumi faydalı sahəsi 4 188 kvadratmetr, torpaq sahəsi isə 12 000 kvadratmetrdir.
Hərracda özəlləşdirilmiş nəqliyyat vasitələri isə əsasən Avropa istehsalıdır.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar 23-30 apreldə keçiriləcək. İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.