İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) metal kəsən dəzgahlar və onlar üçün texnoloji avadanlıqların istehsalı ilə məşğul olan "Bakı dəzgahqayırma"nın səhmlərinin 44.65%-nin hərrac vasitəsilə satışa çıxaracaq.
Eləcə də bax: Bünyad Sərdarov adına Maşınqayırma Zavodu - HƏRRACA ÇIXARILACAQ
FED.az xəbər verir ki, bu barədə ƏMDX-dən bildirilib. Məlumata görə, avqustun 30-da müəssisənin 339,8 min ədəd səhminin satışı üzrə pul hərracı keçiriləcək. Səhmlərin nominal qiyməti isə 2 manat təşkil edir. Bildirilib ki, pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, "Bakı dəzgahqayırma" 1982-ci ildə yaradılıb. Müəssisənin nizamnamə kapitalı 1 522 110 manat, buraxılan ümumi səhmlərin sayı isə 761055 ədəd təşkil edir. (Apa)