İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda "Ağdaş Quşçuluq" ASC-nin 30 %-lik səhm paketi 101 662 manata özəlləşdirilib.
Azərbaycanda yeni yataqlar hərraca çıxarılır – SİYAHI
Bu barədə FED.az Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bundan başqa hərracda 3 kommersiya obyekti və 53 nəqliyyat vasitəsi satılıb.
Hərraclara çıxarılan əmlaklara ümumilikdə 287 sifariş qəbul edilib. Bunlardan 42-si onlayn qaydada həyata keçirilib.
Sifarişlərin çoxluğu hərraca çıxarılan əmlaklara marağı artırıb. Rəqabətli keçən hərracda Bakının Sabunçu rayonunda start qiyməti 400 000 manat olan obyekt 630 000 manata, Suraxanı rayonunda start qiyməti 140 000 manat olan emalatxana 260 000 manata, Gəncə şəhərində start qiyməti 75 000 manat olan avtodayanacaq isə 240 000 manata satılıb.
Hərrac nəticəsində dövlət büdcəsinə 1,5 milyon manatdan çox vəsaitin köçürülməsi nəzərdə tutulur.
Hərracda satılan əmlakların siyahısı ilə Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Növbəti hərrac 6 yanvarda keçiriləcək.










