Paytaxtda istismar müddəti başa çatan 5-9 mərtəbəli binalar və fərdi yaşayış evləri söküləcək.
FED.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
Onun sözlərinə görə, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır. Ona görə də Bakıda köhnə binalar sökülüb əvəzində yeniləri inşa ediləcək. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq.
Şəhər meri qeyd edib ki, həmin binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər.