İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir.
Paylı mülkiyyəti olan şəxslər həmin əmlakdan istifadə üçün - NƏ ETMƏLİDİRLƏR?
FED.az xəbər verir ki, xidmətin yaydığı məlumatda bildirilir ki, dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 2023-cü ilin yanvar-mart ayları ərzində 11 hərrac keçirib. Hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 162 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu dövrdə hərraca çıxarılmış dövlət əmlakı üzrə 112 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 21 onlayn qoşulma reallaşıb. Hərrac vasitəsilə 6 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
Cari ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 18,6 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin ilk rübündə dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 631 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 150-si qeyri-yaşayış, 481-i isə torpaq sahələri üzrə olub.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinə 7,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, bu ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə, 26,5 milyon manat vəsait büdcəyə daxil olub.