Bir qədər əvvəl sənədləşdirilməsinə start verilən əmlakların leqal əmlak dövriyyəsinə daxil olması başqa dəyişikliklərlə yanaşı, onların qiymətinin artmasına da səbəb olacaq.
Azərbaycanda mənzillərin qiyməti artıb
Bu barədə FED.az-a daşınmaz əmlak bazarı üzrə ekspert, Azərbaycan qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, sənədləşdirilməsinə start verilən və çıxarış verilməsi gözlənilən əmlaklar indiyədək daşınmaz əmlak bazarının alqı-satqı və ya kirayə subyevtləri deyildilər: «Bu evlərin sahibləri uzun illərdir müxtəlif yerlərdə obyektiv və subyektiv səbəbdən öz tikdikdəri evləri və aldıqları torpaq sahələrini rəsmiləşdirilməsini həyata keçirə bilmirdilər».
İndi isə hökumətin qərarları ilə həmin əmlaklar rəsmiləşdiriləcək və qanuni əmlak dövriyyəsinə qatılacaqlar.
«Məhz bu yeniliklər, o cümlədən qəbul edilən qanunlar, ölkə başçısının fərmanı və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və onun tabeliyində olan Daşınmaz Əmlakın Reyetsri və Kadastrı hüquqi şəxsin atdığı addımları və qəbul etdikləri qərarlar nəticəsində 100 minə qədər sənədsiz evlər sənəd qazanaraq daşınmaz əmlak reyestrinin subyektinə çevriləcəklər».
Vüqar Oruc bildirir ki, əmlakların sənədləşdirilməsi həm həmin əmlaklarla əməliyyatların aktivliyinə, həm də onların qiymətlərinə təsir edəcək: «Doğrudur, həmin evlərin sahibləri sənədləri alınan kimi öz evlərin satmaq və bununla bağlı digər sərəncam vermək fikrində deyillər. Sadəcə uzun illərdən bəri gözlədikləri rəsmiləşmə, sənədləşmə işlərini həyata keçirə biləcəklər».
Təbii ki, bu da həmin evlərin dəyərinə təsir göstərəcək: «Çünki indiyə qədər bu əmlaklar sənədsiz evlər sayılırdı və bazarda hətta alqı-satqısı aparılan zaman onların dəyəri çıxarışlı evlərdən və torpaqlardan aşağı idi. İndi isə həmin evlər hüquqi üstünlük əldə edib real mülkiyyət sənədi ilə bazara təklif ediləndə onların dəyəri təbii ki, əvvəlkindən yüksək olacvaq və bazarda olan digər əmlaklarla bir növ rəqabətə daxil ola biləcəklər».
Qeyd edək ki, təqribi qiymətləndirmələrə görə, hazırda Bakı ətrafında 400 minə qədər qanunsuz inşa edilmiş əmlaklar var, son dəyişikliklərdən sonra onların 100 mini sənədləşdiriləcək: «Həmin əmlakların bazarda olan digər 400 min əmlakla müqayisəli təhlilini aparsaq, onlar (yəni bu 100 min əmlak) təbii ki, tam sənədləşdiyinə görə, daha çox dəyərə malik olacaqlar. Bu da onların üstünlüyünü təmin edəcək»-deyə Qiymətləndiricilər Cəmiyyətinin rəhbəri bildirib.
Belə ki, sənədləşdirilən əmlakları artıq tamamilə qanuni olaraq alıb-satmaq mümkün olacaq, bu da onların qiymətinə təsir edəcək. Çıxarış verilən əmlaklar bir sıra əlavə üstünlüklər də əldə edəcəklər: «Məsələn həmin əmlakların sahibləri artıq sənədli, mülkiyyət forması təsdiqlənmiş və girov götürülməyə yararlı olan əmlara malik olacaqlr. Ona görə də bu şəxslərin banklara kredit üçün müraciətləri də arta bilər».
Bununla yanaşı, Vüqar Oruc bildirir ki, sənədləşdirilməsi belə obyektlərin qiymətlərin artırsa da, bazarda olan digər obyektlərin qiymətinə nisbi təsir göstərməyəcək: «Birincisi ona görə ki, bu sənədləri əldə edəndən sonra əmlakların sahibləri elə o andaca həmin obyektləri bazara təqdim etməyəcəklər (yəni satışa çıxarmayacaqlar). Çünki həmin evlərin əksəriyyəti məhz sakinlərin öz yaşayışları üçün və istifadələri üçün nəzərdə tutulmuş evlərdir, sadəcə indi onlar sənədli və tam qanuni olacaqlar».