2023-ci ilin yanvar-dekabr aylarında Rusiya vətəndaşları Türkiyədə 10 min 560 daşınmaz əmlak satın alıblar ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 min 752 obyekt azdır.
Azərbaycan vətəndaşları Türkiyədə ev alışını - KƏSKİN AZALDIB
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, keçən ilin dekabr ayında Rusiya vətəndaşları Türkiyədə 527 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1876 obyekt azdır.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayında Türkiyədə 138 min 577 mənzil satın alınıb ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 33,4 faiz azdır.
Məlumata görə, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyədə 1 milyon 225 min 926 mənzil satın alınıb.
"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.
2023-cü ilin dekabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 64 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67,7 faiz azdır.
Keçən il əcnəbi vətəndaşlar Türkiyədən 35 min mənzil alıblar ki, buda 2022-ci ilin eyni dövrü ilə müqayisədə 48,1 faiz azdır. (Trend)