Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir.
7 obyekt icarəyə verilir - AYLIQ ÖDƏNİŞ 30 MANATDAN BAŞLAYIR - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar ayı ərzində 4 hərrac keçirilib. Hərraclarda 29 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 26,1 milyon manat təşkil edib. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon manata yaxın və ya 23% artım deməkdir.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar ayı ərzində 51-i qeyri-yaşayış, 405-i torpaq sahəsi üzrə olmaqla 456 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 4,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 48% artım deməkdir.
Beləliklə, 2026-cı ilin yanvar ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 31 milyon manat vəsait daxil olub, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 milyon manata yaxın və ya 27% artım təmin olunub.










