İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar ayı ərzində daşınmaz əmlak üzərində 29 825 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Azərbaycanda indiyə qədər 50 mindən çox dövlət əmlakı özəlləşdirilib
FED.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, bu göstəricinin 4664-ü (15,6 faiz) ilkin, 25 161-i (84,4 faiz) isə təkrar qeydiyyatın payına düşür.
2024-cü ilin yanvar ayı ərzində fərdi yaşayış və bağ evi üzərində 4065, mənzil üzərində 6477, torpaq sahəsi üzərində 18 447, qeyri-yaşayış binası üzərində 247, qeyri-yaşayış sahəsi üzərində 547, əmlak kompleksi üzərində 40, çoxmərtəbəli yaşayış binası üzərində isə 2 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan daşınmaz əmlakların 7338-i Bakının, qalanı isə bölgələrin payına düşür.
Bu ilin ilk ayı ərzində 21 min 567 texniki pasport tərtib edilib. Yanvar ayında 5823 ipoteka müqaviləsi qeydiyyata alınıb.