Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk altı ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 3,1 dəfə artaraq 24 046 olub.
Eləcə də bax: Bölgələrdə torpaq almaq istəyənlər - Nələrə Diqqət Etməlidir?
Əmlak Məsələləri Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində 131 152 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,1% artım deməkdir.
2022-ci ilin ilk altı ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 46,9% artaraq 34 126 təşkil edib.
Daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğuna xidmət edən yeniliklərdən biri İpoteka Kağızının Elektron Sisteminin tətbiqidir. Sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi, həmin sənədin qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.