İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda kiçik dövlət müəssisəsi özəlləşdirilib.
Xocalıda faydalı qazıntı yatağı - HƏRRACA ÇIXARILDI - QİYMƏT
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərracda Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Aeroport magistral yolunun 11-ci kilometri ünvanında yerləşən "Bakı Beton Konstruksiyaları" MMC özəlləşdirilib. 50 nəfər işçisi olan müəssisə 6 150 000 manata özəlləşdirilib. Qeyd edək ki, hərracda ilkin satış qiyməti ilə yekun satış qiyməti eyni olub.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.
7 yanvar 2025-ci il tarixində Bakı şəhəri üzrə keçirilmiş hərracda satılan kiçik dövlət müəssisəsi haqqında məlumat :
№ |
Tabe olduğu təşkilatın adı |
Ümumi sahəsi (kv.m) |
Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
Hərraca çıxarılan ümumi ilkin satış qiyməti (manat) |
Hərracda satılan yekun satış qiyməti (manat) |
Sərəncamın №-si və tarixi |
1 |
AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs |
9267,3 |
64483 |
6150000 |
6150000 |
№ 84 17.05.2024 |