Azərbaycanda sənədsiz evlərlə bağlı ayrıca normativ hüququ aktın qəbulu nəzərdə tutulub.
Hökumət sənədsiz evlərlə bağlı görülən işləri - AÇIQLADI
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycanda təxminən 400 min üzəri sənədsiz fərdi yaşayış evi var. Bu evlərin əksəriyyəti mühafizə zonalarında, yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə tikilib. Sənədsiz evlərlə bağlı problemkər daim olub və biz bunun həlli istiqamətində müvafiq dövlət qurumları ilə birgə çalışırıq" - deyə Nigar Alimova bildirib.