Vaxtilə həm kolxozların, həm də sovxozların əmri ilə vətəndaşlara həyətyanı torpaq sahələri ayrılıb. Lakin təsisatlanma forması kolxoz və sovxoz olmayan çox sayda kənd təsərrüfatı tipli müəssisələr tərəfindən və onların əmrləri əsasında da torpaq sahələri ayrılıb. Bu baxımdan da bu tip sənədlərin hüquqmüəyyənedici sənəd hesab olunması vətəndaşlara həmin əmrlərə müraciət edərək torpaq sahələri üzərində hüquqların qeydiyyata alınmasına imkan yaradacaq.
Sənədsiz evlərə çıxarışların verilməsində yenilik - 15 gün vaxt veriləcək
FED.az xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlaması zamanı söyləyib.
“Vətəndaşlarda çoxlu sayda həyatyanı tikililəri sökərək, yerinə yeni fərdi yaşayış evləri tikmə tendensiyası mövcuddur. Həmin şəxslərdə yalnız müvafiq icra hakimiyyəti orqanlarının yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı sərəncam layihələri var. Sözsüz ki, bu sənəd onlara həmin əmlak ya da torpaq üzərində hüquqları qeydiyyata almaq imkanı vermirdi. Yeni düzəlişə əsasən isə əgər vətəndaşın əlində 2004-cü ilin avqust ayınadək həmin evin sökülərək yerində yeni yaşayış evinin tikintisinə icazə verən sərəncam, həmçinin icra hakimiyyəti ilə razılaşdırılmış layihəsi mövcuddursa, bu sənədlərlə müraciət edərək (layihədə torpaq sahəsinin ölçüsü göstərilibsə), torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata ala bilərlər”, - deyə Nigar Alimova qeyd edib.
İdarə Heyətinin sədri əlavə edib ki, həm 439 nömrəli, həm də yeni Fərmanın tədqiqi zamanı vətəndaşların əllərində olan sənədlərin arxiv əsasları mövcud olmalıdır: “Fərmana edilən son dəyişikliklərə əsasən 100 minə yaxın vətəndaşa əmlakları üzərində hüquqlarının qeydiyyata alınmasına imkan yaranacaq. Yəni, həmin vətəndaşlar son mülkiyyət sənədi olan çıxarış əldə edəcəklər”. (Azərtac)