Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası üzrə 7994 daşınmaz əmlak obyekti dövlət reyestrində qeydiyyata alınıb ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,7 faiz çoxdur.
8 ayda 337 787 - "KUPÇA" VERİLİB
FED.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məlumatına görə, ümumi göstəricinin 2737-si ilkin, 5257-si isə təkrar qeydiyyatdır.
Ötən 9 ayda dövlət reyestrində qeydiyyata alınan daşınmaz əmlak obyektlərindən 3131-i fərdi yaşayış evi, 2888-i torpaq sahəsi, 1421-i mənzil, 257-si qeyri-yaşayış sahəsi, 210-u qeyri-yaşayış binası, 83-ü əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub. Əmlakların 3620-si və ya 45,2 faizi Naxçıvan şəhəri üzrə, qalanı isə muxtar respublikanın rayonları üzrə qeydiyyata alınıb.
Hesabat dövründə 2612 əmlaka dair texniki pasport hazırlanıb, 3347 torpaq sahəsinin planı-ölçüsü tərtib olunub. Beləliklə, ümumilikdə 5959 daşınmaz əmlak obyektinin texniki inventarlaşdırılması aparılıb ki, bu da 2022-ci ilin müvafiq dövründəki göstəricidən 51,7 faiz çoxdur.
Daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüyə dair 3219 arayış verilib, 3398 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat elektron informasiya sistemi vasitəsilə notariat ofislərinə göndərilib. Bu dövr ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 834-ə çatıb.
42 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilən torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.