Bu ilin I yarısında Naxçıvan MR-da 4 869 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Naxçıvanda iyun ayında 765 daşınmaz əmlak - Dövlət Qeydiyyatına Alınıb
FED.az xəbər verir ki, bu barədə muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,6% çoxdur.
6 aylıq göstəricinin 1 700-ü və yaxud 35 %-i ilkin, 3 169-u və yaxud 65 %-i isə təkrar qeydiyyatın payına düşüb.
I yarımildə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklardan 1 963-ü fərdi yaşayış evi, 1 602-si torpaq sahəsi, 910-u mənzil, 167-si qeyri-yaşayış sahəsi, 157-si qeyri-yaşayış binası, 66-sı əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub.
Əmlakların 2 187-si və yaxud 44,9 %-i Naxçıvan şəhəri üzrə, qalanı isə muxtar respublikanın rayonları üzrə qeydiyyata alınıb.
Hesabat dövründə 3 632 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb ki, bu da 1 il əvvələ nisbətən 42,7 % çoxdur.
Bundan başqa, 1 697 əmlaka dair texniki pasport, 1 935 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib.
6 ay ərzində daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüyə dair 2 424 arayış verilib, 1 690 əmlaka dair məlumat elektron informasiya sistemi vasitəsi ilə real vaxt rejimində notariat ofislərinə təqdim edilib.
Son 1 ildə Naxçıvanda qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 5,3 % artaraq 534-ə çatıb. (Report)