02 may 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Muğanbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
“ABB” bankın mənzil və qeyri-yaşayış binaları - HƏRRACA ÇIXARILIR - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərraca çıxarılacaq əmlaklar aşağıdakılardır :
1)Daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.19888 ha torpaq sahəsində yerləşən 95 nömrəli, 3 mərtəbəli binada 66.5 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 2 saylı mənzildir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 380.000 (üç yüz səksən min) manatdır.
2)Daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0.03791 ha torpaq sahəsində yerləşən 53 nömrəli, 2 mərtəbəli binada 39 kv.m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət 4 saylı mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0.03791 ha torpaq sahəsində yerləşən 53 nömrəli, 2 mərtəbəli binada 27.5 kv.m ümumi, 19.5 kv.m yaşayış sahəsindən ibarət 9 saylı mənzildir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 400.000 (dörd yüz min) manatdır.
Qeyd edək ki, satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası).
Tel: 055-206-66-67