15 oktyabr 2025-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə hərrac keçiriləcək.
FED.az xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan müxtəlif bankların balansındakı daşınmaz əmlaklar çıxarılacaq. Hərracda çıxarılan əmlaklar Bakı, Şamaxı, Mingəçevir və Şirvan şəhərlərində yerləşən qeyri-yaşayış sahələridir.
Hərraca çıxarılan daşınmaz əmlaklar aşağıdakılardır:
-
“NBCBank” ASC – Bakı şəhəri, Azadlıq prospekti 81 ünvanında yerləşən 263.0 kv.m qeyri-yaşayış sahəsi. İlkin satış qiyməti 500 000 manat (beh: 25 000 manat).
-
“NBCBank” ASC – Bakı şəhəri, Azadlıq prospekti 81 ünvanında yerləşən 281.2 kv.m qeyri-yaşayış sahəsi. İlkin satış qiyməti 2 300 000 manat (beh: 115 000 manat).
-
“Yunayted Kredit Bank” ASC – Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi 5A ünvanında 154.40 kv.m qeyri-yaşayış binası. İlkin satış qiyməti 800 000 manat (beh: 40 000 manat).
-
“Atabank” ASC – Şamaxı şəhəri, Şəhriyar küçəsi 22 ünvanında yerləşən 279.30 kv.m qeyri-yaşayış binası. İlkin satış qiyməti 490 000 manat (beh: 24 500 manat).
-
“Texnikabank” ASC – Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 32A ünvanında yerləşən 278.90 kv.m qeyri-yaşayış binası. İlkin satış qiyməti 357 000 manat (beh: 17 850 manat).
-
“Atabank” ASC – Şirvan şəhəri, Heydər Əliyev prospektində 314.7 m² ümumi sahəsi olan, 2 mərtəbəli qeyri-yaşayış binası. İlkin satış qiyməti 430 000 manat (beh: 21 500 manat).
Hərracda iştirak etmək üçün iştirakçılar satış qiymətinin 5%-i həcmində behi ödəməli və alış qiymətini 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürməlidirlər. Açıq hərracda iştirak üçün fiziki şəxslər şəxsiyyət vəsiqəsinin surətini, hüquqi şəxslər isə təsis sənədlərini təqdim etməlidirlər.
Hərrac Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27 ünvanında, “AVİS” aptekin arxasında keçiriləcək.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 055-206-66-67.