06 avqust 2025-ci il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə hərrac baş tutacaq.
Gömrük hərracında 17 ton qarpız satıldı - DETALLAR
FED.az xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-yə məxsus iki qeyri-yaşayış təyinatlı daşınmaz əmlak çıxarılacaq.
Satışa çıxarılan obyektlərdən biri Şirvan şəhəri, Heydər Əliyev prospektində icarədə olan 0,55 hektarlıq torpaq sahəsində yerləşir. Burada yerləşən iki mərtəbəli ofis binası 6A nömrəli ünvanı daşıyır və 2 girişə malikdir. Ümumi sahəsi 314,7 kvadratmetr olan obyektin əsas sahəsi 275,7 kv.m, köməkçi sahəsi isə 39 kv.m təşkil edir. Bu obyektin ilkin satış qiyməti 430 000 (beh məbləği - 21 500 manat) manat olaraq müəyyən edilib.
Hərracda satışa çıxarılacaq digər obyekt isə Şamaxı şəhəri, Şəhriyar küçəsi, ev 22 ünvanında yerləşən ümumi sahəsi 279,3 kvadratmetr olan qeyri-yaşayış binasıdır. Bu daşınmaz əmlak üçün təklif olunan ilkin satış qiyməti isə 490 000 (beh məbləği - 24 500 manat) manat təşkil edir.
Hər iki əmlak üzrə satış şərtləri eynidir. Belə ki, alış qiymətinin 5%-i qədər beh məbləği hərrac təşkilatına ödənilməlidir. Əmlakın alıcısı olduqdan sonra qalan məbləği 7 təqvim günü ərzində sifarişçinin hesabına tam şəkildə köçürməlidir.
Açıq hərracda iştirak etmək istəyən fiziki şəxslər şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər isə təsis sənədləri ilə birlikdə iştirak edə bilərlər.
Hərrac ünvanı: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 27 (“AVİS” aptekin arxası)
Əlaqə nömrəsi: 055-206-66-67