Hazırda Londonun daşınmaz əmlak bazarında əcnəbi alıcıların sayında artım müşahidə edilir. Sözügedən bu alıcılar sırasında azərbaycanlılar da var.
Eləcə də bax: Türkiyədə ev alan azərbaycanlıların - Sayı Artıb
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumat Britaniyanın “Estate Agent Today” portalında yer alıb.
Daşınmaz əmlak üzrə “Eccord agency” şirkətinin təsisçisi və icraçı direktoru Co Ekkls Londonda daşınmaz əmlak almaq istəyən xaricilərin sayının artdığını açıqlayıb.
O, hazırda İsrail, Azərbaycan, Avstraliya və Amerikadan olan müştərilər ilə çalışdığını bildirib. Co Ekkls vurğulayıb ki, bu müştərilər 2,5-10 milyon funt sterlinq dəyərində evlər ilə maraqlanırlar.
Onun sözlərinə görə, Birləşmiş Krallığın paytaxtında daşınmaz əmlak almaq istəyən xaricilərin sayının sentyabr ayında artacağı da gözlənilir.