05 sentyabr 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə hərrac keçiriləcək.
Meşədən yığılan oduncaqlar hərraca satılır – HƏCMLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Texnikabank" ASC-nin balansındakı daşınmaz əmlaklar çıxarılacaq.
Hərraca çıxarılan əmlakların start qiyməti 505 000 – 542 000 manat aralığında dəyişir.
Əmlaklar haqqında daha detallı:
Əmlak |
Ünvanı |
Sahəsi |
Hərracda ilkin satış qiyməti (AZN) |
qeyri-yaşayış sahəsi |
Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, (blok B), 16-cı mərtəbə, qapı 1 |
270,9 kv.m |
542 000 |
qeyri-yaşayış sahəsi (4 saylı sahə) |
Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, 4-cü mərtəbə, qapı 4 |
251,8 kv.m |
505 000 |
qeyri-yaşayış sahəsi (4 saylı sahə) |
Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, 3-cü mərtəbə, qapı 4 |
252,6 kv.m |
525 000 |
qeyri-yaşayış sahəsi |
Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, (blok B), 15-ci mərtəbə, qapı 1 |
270,9 kv.m |
542 000 |
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67