23 yanvar 2025-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan 4 bankın əmlakları hərraca çıxarılacaq.
Vergidən yayınanların əmlakları - HƏRRACA ÇIXARILDI - QİYMƏTLƏR
FED.az xəbər verir ki, ləğv prosesində olan banklara məxsus 33 ədəd bankomat hərraca çıxarılacaq.
İlkin satış qiymətinin 5%-i hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti sifarişçinin hesabına 7 təqvim günü ərzində köçürülməlidir.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67
Bankın adı |
Daşınar Əmlak |
İlkin Satış Qiyməti (manat) |
Beh |
"Atabank" ASC |
21 ədəd “NCR 6626” bankomat |
8.400 |
5% |
"Dəmirbank" ASC |
4 ədəd “NCR 6626” bankomat |
1.600 |
5% |
“Bank Standard” QSC |
4 ədəd “NCR 6626” bankomat, 21 ədəd “Limb” kilid |
2.020 |
5% |
"NBCBank" ASC |
4 ədəd “NCR 6626” bankomat |
1.600 |
5% |