30 oktyabr 2025-ci il saat 11:00-da “Ekspert Hərrac Mərkəzi” tərəfindən Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “NBCBank” ASC-nin balansında olan daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Dövlətə məxsus müəssisələr özəlləşdirilib - SİYAHI, QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərraca çıxarılan əmlak Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383/2387-ci məhəllə, ev -, mənzil 128 ünvanında yerləşən, ümumi sahəsi 89,6 kvadratmetr olan mənzildir.
Əmlakın ilkin satış qiyməti 100 000 (beh məbləği - 500 manat) manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər müraciətlərini hərrac tarixindən azı 5 iş günü əvvəl təqdim etməlidirlər.
İştirak üçün tələb olunan sənədlər:
- Şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış ərizə (hüquqi şəxs olduqda, möhürlə təsdiqlənmiş);
- “Ekspert Hərrac Mərkəzi” MMC-nin bank hesabına əmlakın satış qiymətinin 5%-i məbləğində behin köçürülməsini təsdiq edən sənəd (beh məbləği həmçinin nəğd qaydada kassa qəbzi əsasında ödənilə bilər);
- Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Hüquqi şəxslər və ya fərdi sahibkarlar üçün vergi uçotu haqqında şəhadətnamənin surəti.
Müraciətlər və sənədlər aşağıdakı ünvana təqdim edilməlidir:
Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 83 (World Business Center, office 4/3).