31 oktyabr 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə hərrac keçiriləcək.
Bu BOKT-un əmlakı - HƏRRACDA ÖZƏLLƏŞDİRİLİB - MƏBLƏĞ
FED.az xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Atabank" ASC-nin balansındakı daşınmaz əmlak çıxarılacaqdır.
Daşınmaz əmlak Şəmkir şəhəri, Həsən Əliyev küçəsi, 5 ünvanında 0.339760 ha torpaq sahəsində yerləşən 882.7 kv.m ümumi sahədən ibarət əmlak kompleksidir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 360 000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası).
Tel: 055-206-66-67