03 iyun 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atrabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
Ləğvetmə prosesində olan bankın əmlakları - HƏRRACDA SATILIR - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərraca çıxarılacaq daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Droqalnıy döngəsi, ev 4 ünvanında yerləşən, ümumi sahəsi 47.30 kv.m olan 15 nömrəli mənzildir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 60,000 (altmış min) manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67