Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklara məxsus əmlakların satışını davam etdirir.
Hökumət bahalı nömrələrdən də pul qazanmağa başlayıb - 36 MİN MANATA MOBİL NÖMRƏLƏR SATIŞA ÇIXARILDI
FED.az xəbər verir ki, iyul ayında “Atabank” və “Texnikabank” ASC-lərin balansında olan iki daşınmaz əmlak açıq hərrac yolu ilə satışa çıxarılacaq.
02 iyul 2025-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə “Atabank” ASC-yə məxsus qeyri-yaşayış binası hərraca çıxarılacaq. Əmlak Yevlax şəhəri, Nizami prospektində yerləşir və 0.03821 hektar torpaq sahəsi üzərində inşa olunub. İki mərtəbədən ibarət olan bina 320.65 kvadratmetr ümumi sahəyə malikdir – bunun 225.25 kv.m-i əsas, 95.4 kv.m-i isə köməkçi sahədir. Obyekt əvvəllər bank binası kimi fəaliyyət göstərib.
Daşınmaz əmlakın ilkin satış qiyməti 400.000 (dörd yüz min) manat təşkil edir. Hərracda iştirak etmək istəyənlər satış qiymətinin 5%-i qədər beh ödəməli və alış qiymətini 7 təqvim günü ərzində sifarişçi hesabına köçürməlidir. Fərdi şəxslər şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər isə təsis sənədləri ilə müraciət etməlidirlər.
Bundan bir gün öncə, 01 iyul 2025-ci il saat 11:00-da isə “Texnikabank” ASC-yə məxsus daşınmaz əmlak hərraca çıxarılacaq. Obyekt Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaxana küçəsi, 7 ünvanında yerləşir və ümumi sahəsi 247.92 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.
Bu əmlakın ilkin satış qiyməti isə 750.000 (yeddi yüz əlli min) manat olaraq müəyyən edilib. Hərracın şərtləri “Atabank”ın əmlak satışında olduğu kimidir: 5% beh ödənişi və 7 günlük ödəmə müddəti.
Hər iki hərrac Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 27-də, “AVİS” aptekinin arxasında yerləşən “Bakı Hərrac Mərkəzi”ndə keçiriləcək. Əlavə məlumat almaq üçün (055) 206-66-67 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.