Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların balansında olan daşınmaz əmlakların satışını davam etdirir.
Azərbaycanda 7 rayonun bələdiyyəsinin torpaqları - HƏRRACDA SATILIR - SİYAHI
FED.az xəbər verir ki, 21 may 2025-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə “Atabank” ASC və “Texnikabank” ASC-yə məxsus bir neçə qeyri-yaşayış sahəsi açıq hərraca çıxarılacaq.
“Atabank” ASC-nin balansındakı əmlaklar:
-
Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A (blok B), 15-ci mərtəbə, qapı 1 ünvanında yerləşən, 270.9 kv.m ümumi sahəyə malik qeyri-yaşayış sahəsi satışa çıxarılır. Bu əmlakın ilkin satış qiyməti 542.000 manat olaraq müəyyən edilib.
-
Eyni binada, blok B, 16-cı mərtəbədə yerləşən, qapı 1 ünvanlı digər qeyri-yaşayış sahəsi də 270.9 kv.m sahəyə malikdir və ilkin satış qiyməti yenə 542.000 manatdır.
“Texnikabank” ASC-nin balansındakı əmlaklar:
-
Bakı şəhəri, Babək prospekti, 12A, C bloku, 4-cü mərtəbə, qapı-4 ünvanında yerləşən, 251.8 kv.m sahəyə malik qeyri-yaşayış sahəsi 505.000 manata hərraca çıxarılır.
-
Eyni binada, C blokunun 3-cü mərtəbəsində, qapı-4 ünvanında yerləşən digər qeyri-yaşayış sahəsinin ümumi sahəsi 252.6 kv.m, ilkin satış qiyməti isə 525.000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67