29 iyun 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Texnikabank" ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
FED.az xəbər verir ki, daşınmaz əmlak, Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 17 ünvanında yerləşən (ü/s 284.40 kv.m) qeyri-yaşayış sahəsidir. Əmlakın ilkin satış qiyməti 60000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası)
Tel: 050/055-206-66-67