“Bələdiyyə torpaqların təftiş olunmasına ehtiyac var. Torpaqların təyinatlından kənar istifadəsinə icazə verən insanlar müəyyənləşməli və məsuliyyətə cəlb olunmalıdır”.
Kənd təsərrüfatı təyinatlı torpaqların - İcarəyə verilməsi mexanizmi təkmilləşdirilir
FED.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Azər Badamov bildirib.
Azər Badamov deyib ki, əgər o torpaqlar örüş üçün nəzərdə tutulubsa, niyə fərdi evlərin tikintisinə icazə verildiyi araşdırılmalıdır: “Artıq fərdi evləri o torpaqlardan sökmək düzgün deyil. Həmin fərdi evlərin sənədləşdirilməsi məsələsi üzrə həllini tapmalıdır. Həmin ərazilərin təyinatının dəyişdirilməsi və evlərin sənədləşməsi məsələsi həllini tapmalıdır”. (Apa)