Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) may ayı mənzil qiymətləri indeksinə görə, mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 145,50% artıb.
Eləcə də bax: Azərbaycanlıların Türkiyədə aldıqları evlərin sayı artır - SON RƏQƏMLƏR - SİYAHI
FED.az xəbər verir ki, aylıq artım (aprel ayı ilə müqayisədə) 12,43 faiz olub.
İndeks məlumatlarına görə, Türkiyədə kvadrat metrin orta qiyməti 11 min 945 TL təşkil edib.
Türkiyədə may ayında yeni ev qiymətləri illik müqayisədə 151,4% artıb. Köhnə evlərdə qiymət artımı 144,7 faiz olub.
İstanbulda yeni mənzil qiymətləri təxminən üç dəfə artıb. İstanbulda mənzil qiymətləri may ayındaötən ilin may ayı ilə müqayisədə 165,4% artıb. Yeni mənzillərin qiymətləri 185,5 faiz, köhnə mənzillərin qiymətləri isə 166,6 faiz artıb.
İstanbulda bir kvadrat metr mənzilin orta qiyməti 19 min 615 lirəyə yüksəlib.
Ankarada mənzil qiymətləri may ayında 147,5 faiz, İzmirdə isə 139,9 faiz artıb. (Marja)