Azərbaycanda dövlət xətti ilə ipoteka kreditlərinin əlverişli şərtlərlə verilməsi bu kreditlərə yüksək tələb formalaşdırıb.
Eləcə də bax: Dövlət vəsaiti hesabına ipoteka kreditləşməsində rekord - 4800-DƏN ÇOX KREDİT
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu bildirir.
Məlumata görə, təkcə 2021-ci ilin 11 ayında ipoteka kreditləri üzrə ödəniş qabiliyyətli tələb 1,1 milyard manatdan çox olub. İpoteka kreditlərinin məbləğində müşahidə olunan əhəmiyyətli artım İKZF-nin kredit portfelinin keyfiyyətinə təsir göstərməyib. Tətbiq olunan ciddi standartlar və adekvat qiymətləndirmə əsasında Fondun kifayət qədər sağlam kredit portfeli formalaşıb. Hazırda kredit portfelində problemli kreditlər yoxdur, bu da həm ölkənin maliyyə-bank sistemində, eləcə də beynəlxalq təcrübədə ən yaxşı göstərici hesab olunur”, - deyə qurum bəyan edib.