İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Eləcə də bax: Bu şəxslər evlərin alqı-satqısı zamanı dövlət rüsumu - ÖDƏMƏYƏCƏK
İKZF-dən FED.az-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 35 min 994 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 939 milyon 785 min 551manatdır.