2022-ci ilin yanvar-may aylarında qeyri-yaşayış sahələrinə dair bağlanmış yeni icarə müqavilələri üzrə ən yüksək göstəriciləri olmuş ərazi şöbələrinin adları açıqlanıb.
Eləcə də bax: İlk 5 ayda özəlləşdirmə və icarədən 28 milyon manat yığılıb
FED.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, ən yüksək göstərici Bakı ərazi şöbəsi üzrə olub – 153 müqavilə. Sonrakı sıralama isə belədir: Şamaxı ərazi şöbəsi – 30, Sumqayıt ərazi şöbəsi – 28, Qazax ərazi şöbəsi – 28.
Dövlət Xidmətindən verilən məlumata əsasən, bu müqavilələr üzrə dövlət büdcəsinə daxil olan vəsait 1.2 mln. manat təşkil edib.