İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Azərbaycanda beş faydalı qazıntı yatağı - İSTİFADƏYƏ VERİLİB
Dövlət Xidmətindən FED.az-a bildirilib ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən hərracda Abşeron rayonunda “Qızılburun” (2 ha) və “Şıxzərli” (3,6 ha) yataqları, Ağstafada “Ağstafaçay” (5,7 ha), Göygöl rayonunda “Qızılca” (12 ha), İsmayıllı rayonunda “Bilistan-II” (5 ha), “Təzəkənd” (5 ha), “Göyçay-I” (5 ha), Şabran rayonunda “Dəvəçiçay” (1,8 ha), Qubada “Qonaqkənd” (73 ha), “Qoxmazoba” (8 ha) yataqları istifadəyə verilib.