Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib.
Eləcə də bax: Hərrac yolu ilə 7 faydalı qazıntı yatağı - İSTİFADƏYƏ VERİLİB
Agentlikdən FED.az-a verilən məlumata görə, hərracda 1 lot üzrə “Çaykənd” bazalt yatağı satışa çıxarılıb.
Sözügedən yataqda 3 milyon 548 min kubmetr bazalt ehtiyat var, yataq özü 10,8 hektarda yerləşir və hələ 25 il istismar oluna bilər. Yataq bazalt süxurları, daş yunu istehsalı üçün yararlıdır. “Çaykənd” yatağı hərraca 354 min manat ilkin qiymətlə çıxarılsa da, hərracın gedişində qiymətlər artıb və son qiymət 3 milyon manatadək yüksəlib. Bu – ilkin qiymətdən 8,5 dəfə artıqdır. Hərracda “Azerbazalt Elmi – İstehsalat Birliyi” MMC qalib gəlib.