“Glass Vay” şirkəti “Qaradağ Şüşə Zavodu” ASC-nin dövlətə məxsus səhmlərini alıb.
Azərbaycanda xüsusi müsadirə edilmiş əmlak 26 milyon manata - HƏRRACA ÇIXARILIR
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, “Qaradağ Şüşə Zavodu” ASC-nin səhmlərinin 85%-nin satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi “Glass Vay” şirkəti olub.
Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat köçürməli, 2 il ərzində müəssisədə 10,5 milyon manat həcmində İnvestisiya Proqramını icra etməlidir.
Proqram çərçivəsində sobanın və şüşə istehsalı avadanlıqlarının, sexlərin əsaslı təmiri və yenidənqurulması, istehsal üçün tələb olunan digər avadanlıqların alınması, infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, qaz təchizatı, yol çəkilişi və s.) nəzərdə tutulur.
“Qaradağ Şüşə Zavodu” ASC Bakı şəhəri, Qaradağ rayonunda yerləşir. Şirkət şüşə qablar (müxtəlif ölçüdə butulka, banka və s.) istehsal edir.
Müəssisənin nizamnamə kapitalı 35 milyon 950,630 min manat, buraxılmış səhmlərin sayı 17 milyon 975,315 min ədəddir. Zavod 2008-ci ildə işə salınıb, ekoloji vəziyyəti qənaətbəxş qiymətləndirilir. Müəssisədə 209 nəfər çalışır.