“2021-ci ildən etibarən yer təki sahələri hərrac vasitəsilə istifadəyə verilib”.
Çay yataqlarında 97 müəssisənin fəaliyyəti - LƏĞV EDİLİB
FED.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, 2021-ci ildə 84 yataq sahəsi, 2022-ci ildə isə 92 yataq sahəsi üzrə hərrac keçirilib: “Hərracların keçirilməsində məqsəd ölkənin tikinti materiallarına olan daxili tələbatın ödənilməsi və bu sahədə azad rəqabət mühitinin formalaşdırılmasıdır. 90 qum-çınqıl, 56 əhəng-mişardaşı, 11 qum yağı, 5 gil yatağı və s. hərrac vasitəsilə istifadəyə verilib. 2023-cü ildə 8 yataq sahəsində hərrac keçirilib, fevral ayının 15-də daha 12 yataq sahəsində hərracın keçirilməsi planlaşdırılır”. (Apa)