Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Füzuli və Qəbələ rayonlarında yerləşən qum-çınqıl yataqlarının lotlar üzrə istismara verilməsi məqsədilə auksion formasında hərrac keçirəcək.
Azərbaycanda əmlak alqı-satqılarının əvvəlcədən icbari qiymətləndirilməsi tətbiq oluna bilər
FED.azxəbər verir ki, hərraca ümumilikdə 3 lot üzrə qum-çınqıl yataqları çıxarılır. Bunlardan ikisi Füzuli rayonunun “Arayatlı”, biri isə Qəbələ rayonunun “Bumçay” yatağının payına düşür. Yataqların istismar müddəti 1 ilədək müəyyən edilib.
Hərraca çıxarılan lotların göstəriciləri:
Füzuli rayonu, “Arayatlı” yatağı (LOT 1): Həcmi 680 400 m³, sahəsi 24.3 ha. Başlanğıc qiyməti 68 040 manat, beh məbləği (10%) 6 804 manat, iştirak haqqı 1 080 manat.
Füzuli rayonu, “Arayatlı” yatağı (LOT 2): Həcmi 432 000 m³, sahəsi 14.4 ha. Başlanğıc qiyməti 43 200 manat, beh məbləği 4 320 manat, iştirak haqqı 810 manat.
Qəbələ rayonu, “Bumçay” yatağı (LOT 1): Həcmi 412 500 m³, sahəsi 27.5 ha. Başlanğıc qiyməti 41 250 manat, beh məbləği 4 125 manat, iştirak haqqı 810 manat.
Qaydalara əsasən, hərrac xərcləri ehtiyatın həcmindən asılı olaraq dəyişir. Ehtiyatı 200 min m³-dək olan yataqlar üçün 540 manat, 200 min m³-dən 500 min m³-dək olanlar üçün 810 manat, 500 min m³-dən yuxarı ehtiyatı olanlar üçün isə 1 080 manat iştirak haqqı müəyyən edilir.














