Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 111 milyon manat vəsait köçürüb.
Dövlət əmlakının icarəsindən büdcəyə 19.3 milyon manat - VƏSAİT ÖDƏNİLİB
FED.az quruma istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
8 aylıq ödənişin 89,2 milyon manatı özəlləşdirmə, 21,8 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar isə 1 il əvvələ nisbətən 2,3 dəfə və 1,3 dəfə çoxdur.
Hesabat dövründə Dövlət Xidməti 40 özəlləşdirmə hərracı (11,1 % az) keçirib. Həmin hərraclarda 9 səhmdar cəmiyyətinin ( 35,7 % az) səhm paketi, 13 kiçik dövlət müəssisəsi (18,2 % çox), 3 yarımçıq tikili (50 % çox), 361 nəqliyyat vasitəsi (3,7 % az) özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 195 elektron sifariş (27,8 % az) qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 40 onlayn qoşulma (42 % az) reallaşıb.
Ötən 8 ayda 2 161 yeni icarə müqaviləsi (24,1 % az) bağlanılıb. İcarə müqavilələrindən 541-i qeyri-yaşayış (21,1 % az), 1 620-si isə torpaq sahələrinə (28,35 %) aid olub. (Report)