Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2 503 yeni icarə müqaviləsi bağlayıb.
Dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar - 24% ARTIB
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bunun 623-ü qeyri-yaşayış sahələri, 1 880-i isə torpaq sahələri ilə bağlı olub.
Hesabat dövründə, qeyri-yaşayış sahələrinin və torpaq sahələrinin icarəyə verilməsi hesabına dövlət büdcəsinə müvafiq olaraq 4,6 milyon manat və 19,8 milyon manat vəsait ödənilib.