Daşınmaz əmlak bazarında durğunluq olsa da qiymətlər artıb.
Vüqar Oruc: "Kotlovan"dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb"
FED.az xəbər verir ki ,qiymətlər paytaxtla müqayisədə Bakı ətrafı ərazilərdə daha çox hiss olunur.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mütəmadi olaraq daşınmaz əmlakın qiyməti ildə 10-20 faiz artır. Lakin qiymət artımı əsasən ipoteka kreditlərin verildiyi dövrə təsadüf edir.
Onun sözlərinə görə, paytaxt ərazisində ipoteka predmentinə çevirlən daşınmaz əmlak növü az olduğundan qiymət artımı daha çox Bakı ətrafı ərazilərdə hiss olunur.
Elnur Fərzəliyev onu da qeyd edib ki, ötən ilin son ayından etibarən daşınmaz əmlak bazarında durğunluq yaranıb. Lakin hazırda qiymətlərdə artım müşühidə olunsa da, gələcəkdə bu səbəbdən də qiymətlərin enməsi qaçılmaz ola bilər.