Azərbaycanda dövlət əmlakının icarəsi üzrə tariflərin azaldılması ilə bağlı hökumətə müraciət olunub və hazırda bu istiqamətdə müvafiq razılaşdırma prosesdurları yekunlaşmaq üzrədir.
Mətin Eynullayev: "Dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 25% artıb"
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.
“Tarifləri zonalar üzrə müəyyənləşdirəcəyik. Burda əsas diqqət tariflərin endirilməsindən ibarətdir. Bununla da icarə subyektlərinin əhatə dairəsinin daha da genişləndirə bilərik. Məbləğ azaldılsa da, nəticə etibarilə onların əhatə dairəsinin genişləndirilməsi ilə dövlət büdcəsinə daha çox vəsait daxil olacaq”, - deyə M.Eynullayev əlavə edib. (Report)