İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) və Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyi ilk dəfə birlikdə gömrükdə müsadirə edilərək dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışı üzrə hərrac keçirib.
Azərbaycanda 15 dövlət əmlakı - ÖZƏLLƏŞDİRİLİB
FED.az bu barədə ƏMDX-ya istinadən xəbər verir.
Məlumata görə, müsadirə edilmiş, habelə şəxslərin dövlətin xeyrinə imtina etdiyi dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələrinə 95 lot üzrə 240 sifariş verilib, 75 lot üzrə 151 295 manat dəyərində mallar və nəqliyyat vasitələri satılıb. Onların siyahısı ilə buradan tanış olmaq mümkündür: https://clck.ru/33ihWp
Növbəti bu cür hərrac iyunun 23-də keçiriləcək.