Gələn ilin yanvar ayında İtaliyanın paytaxtı Romada yerləşən, 16-cı əsrə aid malikanə (“Villa Aurora” ) 471 milyon avro ilkin satış qiyməti ilə hərraca çıxarılacaq.
Eləcə də bax: Ölkəmizdə ən çox girov qoyulan - DAŞINMAZ ƏMLAKLAR - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, dünyanın ən bahalı evidir.
Xarici görünüşü elə də cəlbedcidi olmayan malikanə daxilən çox zəngindir. Belə ki, onun divarlarında bir sıra rəssamların əsərləri var. Bunlardan ən önəmlisi məşhur rəssam Karavacconun evin I mərtəbəsində çəkdiyi freskadır.
Xatırladaq ki, “Villa Aurora”dan sonra dünyanın II ən bahalı evi Honq-Konqda yerləşən və 2017-ci ildə 361 milyon dollara satılmış 8 mərtəbəli binadır.